"Fənərbaxça" mövsümü çempion kimi yekunlaşdırmasa Joze Mourinyo klubdan göndərilə bilər. Metbuat.az xəbər verir ki, "Fənərbaxça" rəhbərliyi Mourinyonun yerinə gətirilə biləcək məşqçini də müəyyən edib. Türkiyə mediasının məlumatına görə, "Fənərbaxça"nın Türkiyə Kuboku və Avropa turnirlərində uğur qazanmaması rəhbərliyi narazı olub. Rəhbərlik "Fənərbaxça"nın Türkiyə çempionu olmasını tələb edir. Bəzi mənbələrin iddiasına görə, klub prezidenti Ali Koç Mourinyonun yerinə Sergen Yalçının namizədliyinə üstünlük verir. Qeyd edək ki, lider "Fənərbaxça" “Qalatasaray”dan 3 xal geri qalır.