AZ

​Mourinyo "Fənərbaxça"nı bu kluba dəyişir -

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo barədə yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, Mourinyonun “Fənərbaxça"dan ayrıla biləcəyi irəli sürülüb. Türkiyə mediasının xəbərinə görə, o, Səudiyyə klubu ilə danışıqlar aparıb. Nüfuzlu jurnalist Ben Jakobsun iddiasına görə, “Əl Hilal” Xorxe Xesusun gedişindən sonra komandaya dünyaca məşhur məşqçi gətirmək istəyir. Klub Mourinyo ilə görüşüb. Tərəflər arasındakı danışıqların detalları açıqlanmayıb. Mourinyonun "Fənərbaxça" ilə 2026-cı ilə qədər müqaviləsi var.

“Fənərbaxça” rəhbərliyi bir sıra layihələr irəli sürərək, yeni mövsümdə Joze Mourinyo ilə davam edəcəklərini bəyan etmişdi.

Seçilən
0
8
metbuat.az

9Mənbələr