AZ

Mourinyo “Fənərbaxça" ilə bağlı qərarını verdi

Braziliya futbol Federasiyası “Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyoya təklif irəli sürüb. Metbuat.az xəbər verir ki, portuqaliyalı çalışdırıcının bu təkliflə bağlı qərarını verdiyi bildirilib. “Ntv spor”un xəbərinə görə, Mourinyo Braziliya millisini çalışdırmaqdan imtina edib. Türkiyə mediasının iddiasına görə, Mourinyo “Fənərbaxça" ilə bağlı müqaviləsinə sadiq qalacaq.

Qeyd edək ki, Joze Mourinyonun “Fənərbaxça" ilə müqaviləsi 2026-cı ildə yekunlaşır. Portuqaliyalı çalışdırıcı "Fənərbaxça"nın baş məşqçisi kimi 49 matçda iştirak edib. Mourinyo bu matçlarda ortalama 2,12 reytinq əldə edib.

Seçilən
0
8
metbuat.az

9Mənbələr