AZ

Hindistan Ermənistana “Akaş” raketlərinin 2-ci partiyasını göndərir

Hindistan iyulda Ermənistana “Akaş” hava hücumundan müdafiə raket sistemlərinin 2-ci partiyasını göndərəcək.

Modern.az xəbər verir ki, bu barədə  Hindistan KİV-nin məlumatında bildirilib.

Keçən il noyabrın sonunda KİV-də Hindistanın Ermənistana “Akaş” hava hücumundan müdafiə sistemlərinin ilk partiyasını göndərdiyi barədə məlumat yayılmışdı.

“New Indian Express”in məlumatına görə, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akaş” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.

Müdafiə Tədqiqat və İnkişaf Təşkilatı tərəfindən hazırlanan “Akaş” sistemi, döyüş təyyarələri, qanadlı və hava-yer tipli raketlər, pilotsuz təyyarələr və 25 kilometrə qədər məsafədə digər hava aktivlərini vura bilən yer-hava raketidir.

Seçilən
0
1
modern.az

10Mənbələr