AZ

Hindistan iyulda Ermənistana “Akash” sistemlərinin ikinci partiyasını göndərəcək

Hindistan iyulda Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

Redaktor.az xəbər verir ki, bu barədə "IADN Centre" məlumat yayıb.

“Akash” sistemi yer-hava zenit-tipli raket kompleksidir. Sözügedən ZRK döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometrə qədər məsafədə məhv etmək qabiliyyətinə malikdir. Ermənistan bu silah sistemlərinin ilk xarici alıcısıdır.

Xatırladaq ki, Hindistan Ermənistana “Akash” zenit-raket komplekslərinin ilk batareyasını ötən ilin noyabr ayında göndərmişdi.

Seçilən
0
5
redaktor.az

10Mənbələr