AZ

Ermənistan silahlanır: Hindistandan yenə “Akash” sistemləri alacaq

Hindistan iyulda Ermənistana “Akash” zenit-raket komplekslərinin ikinci partiyasını göndərəcək.

Bizim.Media xəbər verir ki, bu barədə "IADN Centre" məlumat yayıb.

“Akash” sistemi yer-hava zenit-tipli raket kompleksidir. Sözügedən ZRK döyüş təyyarələri, qanadlı raketlər, hava-yer raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometrə qədər məsafədə məhv etmək qabiliyyətinə malikdir. Ermənistan bu silah sistemlərinin ilk xarici alıcısıdır.

Xatırladaq ki, Hindistan Ermənistana “Akash” zenit-raket komplekslərinin ilk batareyasını ötən ilin noyabr ayında göndərmişdi.

Bizim.Media

Seçilən
0
4
bizim.media

10Mənbələr