Hindistan iyulda Ermənistana ikinci partiya Akash zenit-raket komplekslərini göndərəcək. Bu barədə bazar günü IADN məlumat verib.
İlk partiya 2023-cü ilin sonunda göndərilib.
Ermənistan 2022-ci ildə Hindistanla dəyəri 60 milyard rupi (710 milyon ABŞ dolları) olan 15 Akash raket sisteminin alınmasına dair müqavilə imzalayıb.
New Indian Express xəbər verir ki, Ermənistan bu sistemləri əldə edən ilk xarici ölkə olub.
Hindistanın Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı (DRDO) tərəfindən hazırlanan Akash sistemi döyüş təyyarələri, qanadlı raketlər, "hava-yer" raketləri, pilotsuz uçuş aparatları və digər hava hədəflərini 25 kilometr məsafədə məhv etmək üçün nəzərdə tutulub.
Dövlətə məxsus Bharat Electronics Ltd tərəfindən istehsal edilən hər bir Akash batareyası bir passiv elektron skanlı 3D radar və hər birində üç raket olan dörd buraxılış qurğusundan ibarətdir və vahid idarəetmə sisteminə inteqrasiya olunur.
N.Təbrizli