“Putinin heç kimə heç nə borcu yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Moskvada jurnalistlərə açıqlamasında bildirib.
"Birincisi, onun (Putinin) heç kimə heç nə borcu yoxdur. Atəşkəsə gəlincə, mən onun sözləri ilə deyə bilərəm, biz onunla keçən dəfə Volqoqradda bu barədə danışmışıq - Rusiya buna hazırdır.
Rusiya çoxdandır ki, təkcə atəşkəsə yox, sülh bağlamağa hazırdır. Məsələnin həlli Rusiyada deyil. Ona görə də məsələni digər tərəfdən həll etmək lazımdır", - Belarus prezidenti qeyd edib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta