EN

Hindistanla Pakistan arasında atəşkəs rejimi uzadıldı

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıblar.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Pakistanın Baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.

 

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

 

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə o vurğulayıb.

Chosen
0
50
senzor.az

10Sources