AZ

Hindistan və Pakistan atəşkəs rejimini uzatdı

Bu gün, 21:30

Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzadıb.
Bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar bildirib.
Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib. O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.
“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - o açıqlayıb.

Seçilən
0
14
Reportyor.tv

10Mənbələr