AZ

Hindistan və Pakistan atəşkəs müddətini UZATDI

Hindistan və Pakistan atəşkəsi mayın 18-dək uzadıb.

Bizim.Media xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin birinci müavini və xarici işlər naziri İshaq Dar məlumat verib.

Parlamentdə çıxış edən Dar mayın 14-də iki ölkənin hərbi əməliyyat komandirləri arasında yeni telefon danışığı zamanı razılığın əldə edildiyinə aydınlıq gətirib.O, ilk belə söhbətin mayın 10-da baş verdiyini qeyd edib.

“Mayın 14-də aparılan danışıqlar atəşkəs rejiminin mayın 18-dək uzadılması ilə nəticələndi”, - deyə ölkənin baş nazirinin müavini Pakistan parlamentinin yuxarı palatasına bildirib.

Bizim.Media

Seçilən
0
14
bizim.media

10Mənbələr