AZ

Qəzzada saxlanılan sonuncu amerikalı əsir azad edildi - VİDEO

Qəzzada əsir kimi saxlanılan ABŞ və İsrail vətəndaşı olan 21 yaşlı Edan Aleksandr evinə qayıdıb. HƏMAS onu Xan-Yunis şəhərində Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verib, daha sonra isə İsrail ərazisinə gətirilib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Mənbə yazır ki, onu ABŞ-dan gəlmiş valideynləri və qardaşları qarşılayıb.
 

Edan Aleksandrın azad edilməsi daha genişmiqyaslı təşəbbüslərin bir hissəsi olub. Bu təşəbbüslər atəşkəs razılaşmasına nail olunmasına və artıq 70 gündən çoxdur blokada şəraitində olan Qəzza zolağına humanitar yardımın bərpasına yönəlib.


Xatırladaq ki, Aleksandr 2023-cü ilin oktyabrında əsir düşərkən İsrail Ordusunda serjant rütbəsində xidmət edirdi. Fələstinin HƏMAS hərəkatı onu girov deyil, hərbi əsir kimi tanıdığını bəyan etmişdi.

Qeyd edək ki, o, Qəzzada saxlanılan sonuncu amerikalı əsir olub.

Bizim.Media

Seçilən
0
46
bizim.media

10Mənbələr