AZ

Bu partlayış terror aktı kimi qiymətləndirilir

ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Kaliforniya ştatının Palm-Sprinqs şəhərində reproduktiv tibb klinikasının yaxınlığında bomba yüklü avtomobilin partladılmasını terror aktı kimi təsnif edib.

“İki sahil” xəbər verir ki, FTB-nin Los-Aneceles şöbəsinin rəhbərinin köməkçisi Akil Devisin sözlərinə görə, təhqiqat çərçivəsində bunun beynəlxalq, yoxsa daxili terrorizm olduğu müəyyənləşdiriləcək.

FTB-nin versiyasına görə, terror aktının məqsədi tibb müəssisəsi olub. A.Devis cinayəti törətməkdə şübhəli bilinən şəxsin adını açıqlamaqdan imtina edərək, bunu təhqiqata mane olacağı ilə izah edib.

Seçilən
0
46
ikisahil.az

10Mənbələr