AZ

ABŞ-da dəhşətli PARTLAYIŞ: Terror aktı ehtimalı... - VİDEO

Kaliforniya ştatının Palm-Springs şəhərində partlayış baş verib. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub, azı 5 nəfər xəsarət alıb.

Musavat.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.

Şəhər administrasiyasının açıqlamasında bildirilir ki, hadisə bu gün, yerli vaxtla saat 11:00 radələrində baş verib:

“Bu gün saat 11:00 radələrində (Bakı vaxtı ilə 22:00) partlayış olub. Polis və yanğınsöndürənlər hadisə yerindədir. Əhali partlayışın baş verdiyi əraziyə yaxınlaşmamağa, təcili xidmətlərin işinə mane olmamağa çağırılır”.

"NBC News"un məlumatına görə, partlayış tibbi mərkəzin yaxınlığında baş vermiş ola bilər. Ehtimal olunur ki, avtomobil partlayıb. Kanalın mənbələri bildirir ki, bir nəfər həlak olub, onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib. Yerli hakimiyyət terror aktı versiyasını istisna etmir.

Musavat.com

Seçilən
0
46
musavat.com

10Mənbələr