Misli Premyer Liqasının 34-cü turunda "Azərsun Arena"da "Araz-Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amam ümumən yaxşı diqqət, konsentrasiya var idi. Uşaqlar qələbə qazanmaq istəyirdilər. Futbolçilarımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçuar oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm.
Yerli bazardan legioner transferi etmək istəyirikmi? Çempionatımızda yaxşı legionerlər çıxış edirlər. Aralarında diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə bir o qədər buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda gec olur. Daha çox kənardan oyunçu dəvət etmək istəyirik. Hər bir halda, daim hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bu məsələ inandırıcı görünmür.
53 yaşlı mütəxəssis "Tahir Gözəl bildirib ki, kubokun finalından sonra transferlərlə bağlı Qurban Qurbanovla danışacağıq... Bu haqda fikriniz necədir" sualını da cavablandırıb:
"Adətən bu işləri sonda ətraflı şəkildə müzakirə edirik. Amma ümumi iş rejimimizi saxlamırıq ki, mövsüm bitəndən sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk. Hazırda hələ müqavilə müddəti bitən futbolçularımız arasında razılaşdığımız yoxdur. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik".