AZ

“Premyer Liqada diqqətimi çəkən legionerlər var” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XXXIV turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm.

– Yerli bazardan legioner transfer etmək istəyirsiniz?

– Yerli çempionatımızda yaxşı legionerlər çıxış edir. Diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə bir o qədər buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan oyunçu dəvət etmək istəyirik. Hər bir halda, daim hər legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bu məsələ inandırıcı görünmür.

– Tahir Gözəl bildirib ki, kubok bitdikdən sonra transferlərlə bağlı Qurban Qurbanovla oturub transferlərlə bağlı danışacağıq. Bu haqda fikriniz necədir?

– Hər mövsümün sonunda ətraflı müzakirə edirik. Amma ümumi iş rejimimizi saxlamırıq ki, sezon sonundan sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk.

– Müqaviləsi bitən və danışıq apardığınız oyunçularla bağlı yenilik var?

– Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.

Seçilən
0
13
msport.az

10Mənbələr