Bu gün Azərbaycan Premyer Liqasının 34-cü turunda “Qarabağ” “Araz Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edib.
Referans xəbər verir ki, oyundan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amam ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Razı qaldım. Futbolçilarımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm.
– Yerli bazardan legioner transferi etmək istəyirsiz?
– Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, özləri o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə bir o qədər buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan istəyirik ki, oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyunun nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq və onlar deyir ki, bizim oyunçulara dəyməyin(gülür). Ona görə bu məsələ inandırıcı görünmür.
– Tahir Gözəl bildirib ki, kubok bitdikdən sonra transferlərlə bağlı Qurban Qurbanovla oturub transferlərlə bağlı danışacağıq…Bu haqda fikriniz necədir?
– Yekun olaraq ətraflı müzakirə edirik sonda. Amma ümumi iş rejimimizi saxlamırıq ki, sezon sonundan sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk.
– Müqaviləsi bitən və danışıq apardığınız oyunçularla yenilik var?
– Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta