AZ

Qurban Qurbanov: "Bəzi futbolçular oyun ritmindən uzaq idilər"

"Texniki səhvlər çox oldu".

İdman.biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 34-cü turunda "Araz-Naxçıvan"a 2:0 hesabı ilə qalib gələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra mətbuat konfransında deyib.

O, həmçinin futbolçuların oyuna yanaşmasından razı qaldığını bildirib: "Bəziləri oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər".

Qurbanov Azərbaycan klublarından legioner transferi edə biləcəkləri ilə bağlı sualı belə cavablandırıb: "Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər var. Amma o oyunçular öz komandalarının aparıcı oyunçularıdır. Ona görə də bu məsələyə ciddi yanaşmırıq. Daha çox istəyirik ki, kənardan oyunçu dəvət edək. Hər bir halda, hər bir legionerin oyununu nəzərimizdə saxlayırıq. Sadəcə elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin (gülür). Ona görə bu məsələ inandırıcı görünmür".

İdman.biz

Seçilən
0
1
idman.biz

10Mənbələr