Lisenziyadan məhrum edilmiş “Novaya qazeta” qəzetinin baş redaktoru Sergey Sokolovun saxlanması barədə məlumat yayılıb və onun barəsində Rusiya ordusunu nüfuzdan salmaq maddəsi ilə protokol tərtib edilib.
Modern.az xəbər verir ki, bu barədə nəşrin Teleqram kanalında bildirilib.
“Novaya qazeta”nın baş redaktoru Sergey Sokolov barəsində “Rusiya Silahlı Qüvvələrinin nüfuzdan salınması haqqında” maddəsi ilə inzibati protokol tərtib etmək üçün polis şöbəsinə aparılıb”.
Qəzet əlavə edib ki, işə Perovski Məhkəməsində baxılacaq, vaxt hələ təyin edilməyib.
Bundan əvvəl Moskvanın Basmannı məhkəməsi “Novaya qazeta”nın çap versiyasının və “Novaya Rasskaz-Qazeta” nəşriyyatının media lisenziyasını əlindən alıb, Rusiya Federasiyasının Ali Məhkəməsi isə “Novaya qazeta”nın internet saytının bağlanmasını tələb edən “Roskomnadzor”un iddiasını təmin edib.