AZ

Zelenski cəbhə xətti yaxınlığında Fox News-a müsahibə verib

Amerikanın Fox News telekanalı Ukrayna prezidenti Vladimir Zelenski ilə alınan uzun müsahibənin anonsunu açıqlayıb. Müsahibə təmas xəttindən cəmi bir neçə kilometr aralıda lentə alınıb.

Müsahibə zamanı Ukrayna lideri hərbçilərini Rusiyanın işğalı başlayandan bəri əldə etdiyi böyük qələbələrə görə tərifləyib. O, qoşunların “B planı”na malik olub-olmamasını müzakirə etməkdən imtina edib.

“Bu iki il ərzində onlar Xarkov vilayətini işğal etdilər və indi bu bölgəyə biz nəzarət edirik. Qara dənizi blokadadan açmışıq, indi bizdə onların taxıl dəhlizləri var. Rusiya donanmasının çoxlu gəmilərini məhv etmişik. Biz bunu iki il ərzində etdik. Bəli, keçən il bizim üçün çox çətin oldu, amma... nə edildisə, məncə, yaxşı iş oldu”, - deyə Zelenski bildirib.

O, bu uğurları rus ordusunun 9 ayda əldə etdiyi yeganə böyük nailiyyət - Avdeyevkanın ələ keçirilməsi ilə müqayisə edib, - telekanal qeyd edib.

Bəxtiyar CƏFƏRLİ

Herbiand.az

Seçilən
398
11
herbiand.az

10Mənbələr