Eyni zamanda, Zelenski qeyd edib ki, bərabər olmayan qüvvələrlə Rusiya ordusuna qarşı müdafiə çətin olsa da, böyük hünərdir. Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Yuri Şvıtkin Ukrayna prezidentinin sözlərinə cavab verib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin yeni hücumu üçün kifayət qədər vəsaiti yoxdur:
“Düşünürəm ki, bu bəyanat daha çox Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri və Ukraynanın bilavasitə əhalisi arasında rezonans doğurur. Zelenski bölmələrimizə qarşı mümkün əks-hücum görüntüsü yaratmağa çalışır”, - deyə o qeyd edib.