BAKI, TurkicWorld
Qırğızıstanın Misirdəki səfiri Ulukbek Maripov Misirin Asiya ölkələri üzrə xarici işlər nazirinin müavini Əhməd Şahin ilə görüşüb.
TurkicWorld xəbər verir ki, görüş zamanı səfir Maripov Qırğızıstanda həyata keçirilən sosial-iqtisadi islahatlar, iri investisiya layihələri və ölkənin ticarət-iqtisadi və investisiya potensialı haqqında məlumat verib.
Tərəflər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini, qarşılıqlı səfərlərin təşkili və müqavilə-hüquq bazasının yaradılmasının vacibliyini müzakirə ediblər.
Bundan əlavə, Maripov hökumətlərarası komissiyanın yaradılması, işgüzar şuraların təşkili, birbaşa aviareyslərin açılması və hər iki ölkənin paytaxtlarında diplomatik nümayəndəliklərin təsis olunması kimi gələcək əməkdaşlıq təkliflərini irəli sürüb.