Kanadanın Toronto şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə bayraqqaldırma aksiyası keçirilib.
Publika.az xəbər verir ki, tədbir haqqında Türkiyənin Toronto Baş Konsulluğu rəsmi hesabından paylaşım edib:
"Azərbaycan-Kanada icması ilə birgə Kanadalı Azərbaycanlılar Şəbəkəsinin təşkil etdiyi bayraqqaldırma mərasimində Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünü qeyd etdik", - deyə paylaşımda bildirilib.
Mərasimdə Türkiyənin Toronto Baş konsulu Can Yoldaş da iştirak edib.