Cənubi Kuril adaları sahillərində iki zəlzələ baş verib.
Publika.az xəbər verir ki, bu barədəYujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.
"Mayın 30-na keçən gecə Sakit okeanda 4,8 və 4,6 bal gücündə zəlzələlər qeydə alınıb. Yeraltı təkanların episentrləri İturup adasının cənub-şərqində yerləşib", - stansiya rəisi bildirib.