AZ

Egey dənizində 3,5 bal gücündə zəlzələ olub

BAKI, TurkicWorld

Krit sahillərində 3,5 bal gücündə zəlzələ qeydə alınıb

TurkicWorld xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Egey dənizində 3,5 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.

Zəlzələ bu gün yerli vaxtla saat 13:02-də qeydə alınıb. Yeraltı təkanların 24,71 km dərinlikdə baş verdiyi, episentrin isə Yunanıstana aid Krit adasının sahillərində yerləşdiyi bildirilib.

Qeyd edək ki, son dövrlərdə Egey dənizi seysmik fəallığın artdığı bölgələrdən biri kimi diqqət çəkir. Hazırkı zəlzələ nəticəsində hər hansı dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Seçilən
0
48
turkic.world

10Mənbələr