BAKI, TurkicWorld
İranın cənub-şərqində 5,1 bal gücündə zəlzələ baş verib.
TurkicWorld xəbər verir ki, İranın Kirman əyalətinin Jirovt rayonuna bağlı Boluk qəsəbəsində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
İran Milli Seysmoloji Mərkəzinin məlumatına əsasən, yerli vaxtla saat 01:00-da baş verən təkanların ocağı yerin 8 kilometr dərinliyində yerləşib.
Qeyd edək ki, hazırkı vaxta qədər zəlzələ nəticəsində xəsarət alanlar və ya dağıntılarla bağlı rəsmi məlumat verilməyib. İran seysmik baxımdan aktiv zonada yerləşdiyindən bu cür zəlzələlər bölgədə tez-tez baş verir.