AZ

Buna “yox” demək olmaz: Osimhen elə bir təklif aldı ki…

Cari mövsümü icarə əsasında “Qalatasaray”da keçirən “Napoli”nin və Nigeriya millisinin ulduz forvardı Viktor Osimhen Səudiyyə Ərəbistanının “Əl-Halal” klubunun radarına düşüb.

Bu barədə “Foot Mercato” məlumat yayıb.

Səudiyyə klubu klublararası dünya çempionatı başlamazdan əvvəl hücumçunu müqavilə imzalamağa razı salmağa ümid edir. Futbolçuya 3 illik 120 milyon avroluq müqavilə təklif olunacaq.

Tezliklə “Napoli” ilə danışıqlara başlanacağı gözlənilir. “Əl-Hilal”ın futbolçu üçün nə qədər təklif edəcəyi hələlik məlum deyil.

Hücumçunun karyerasını davam etdirmək üçün prioritet seçimi Premyer Liqadır. Osimhenə ən çox maraq göstərən İngiltərə klubları “Arsenal” və “Mançester Yunayted”dir.


Seçilən
0
1
referans.az

9Mənbələr