Cari mövsümü icarə əsasında “Qalatasaray”da keçirən “Napoli”nin və Nigeriya millisinin ulduz forvardı Viktor Osimhen Səudiyyə Ərəbistanının “Əl-Halal” klubunun radarına düşüb.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato” məlumat yayıb.
Səudiyyə klubu klublararası dünya çempionatı başlamazdan əvvəl hücumçunu müqavilə imzalamağa razı salmağa ümid edir. Futbolçuya 3 illik 120 milyon avroluq müqavilə təklif olunacaq.
Tezliklə “Napoli” ilə danışıqlara başlanacağı gözlənilir. “Əl-Hilal”ın futbolçu üçün nə qədər təklif edəcəyi hələlik məlum deyil.