“Əl-Hilal” “Qalatasaray”da icarə əsasında çıxış edən “Napoli”nin hücumçusu Viktor Osimhenin xidmətində maraqlıdır.
Msport.az “Foot Mercato” nəşrinə istinadən xəbər verir ki, Səudiyyə klubu nigeriyalı forvardla danışıqlara başlayıb. Hazırda tərəflər mümkün transferi müzakirə edir. Danışıqların müsbət istiqamətdə davam etdiyi bildirilib.
“Qalatasaray” Osimheni 2024-cü ilin sentyabrında icarəyə götürüb. O vaxtdan bəri hücumçu bütün turnirlərdə 40 oyun keçirib, 36 qol vurub və 8 məhsuldar ötürmə edib.