BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin aprel ayında Özbəkistana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 40,8 faiz azalaraq, 3 milyon 409 min 77 dollara çatdırıb.
Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Özbəkistana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,9 dəfə artaraq, 3 milyon 56 min 15 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq, 20 milyard 130 milyon 36 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 1 milyard 306 milyon 238 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyard 322 milyon 954 min dollar məbləğində polad ixrac edib.