Bakı, TurkicWorld
Türkiyə 2025-cü ilin aprel ayında İrana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq, 30 milyon 810 min 10 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən İrana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 12,6 faiz azalaraq, 149 milyon 356 min 50 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz azalaraq, 10 milyard 385 milyon 725 min dollara bərabər olub.
“Bu ilin aprel ayında Türkiyə 2 milyard 615 milyon 2 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 4,9 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 30 milyard 589 milyon 405 min dollar məbləğində kimyəvi maddə ixrac edib.