AZ

Türkiyədən Qazaxıstana polad ixracı apreldə artıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin aprel ayında Qazaxıstana polad ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 74,5 faiz artaraq, 4 milyon 158 min 89 dollara çatdırıb.

Bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – aprel aylarında Türkiyədən Qazaxıstana polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 86 faiz artaraq, 14 milyon 344 min 61 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında Türkiyənin polad ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz azalaraq, 20 milyard 130 milyon 36 min dollara bərabər olub.

“Bu ilin aprel ayında Türkiyə 1 milyard 306 milyon 238 dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 9,6 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (aprel 2024-aprel 2025) Türkiyə 16 milyard 322 milyon 954 min dollar məbləğində polad ixrac edib.

Seçilən
0
40
turkic.world

10Mənbələr