AZ

ATMU beynəlxalq simpoziuma təşkilatçılıq edib - FOTO

May ayının 26-da “Türk Dünyası və Piri Türküstan: Yəsəvi Yolu və İrsi” mövzusunda beynəlxalq simpozium təşkil olunub.

"Unikal" xəbər verir ki, Ankara Hacı Bayram Vəli Universiteti tərəfindən irəli sürülən beynəlxalq layihənin bir mərhələsi kimi baş tutan beynəlxalq simpoziumun əsas təşkilatçıları Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən konfrans çərçivəsində ADPU-nun rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlqələr üzrə prorektor professor Mahirə Hüseynova, elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, tədris işləri üzrə prorektor dosent Eldar Aslanov ilə iştirakçılar arasında görüş keçirilib, elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Simpoziumun açılış mərasimində ADPU rektoru professor Cəfər Cəfərov Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında məruzə edib. Daha sonra Azərbaycan Turizm və Menecment Universitetinin strateji məsələlər üzrə prorektoru Araz Aslanlı, Ankara Hacı Bayram Vəli Universitetinin prorektoru professor Mətin Orbay, konfransın Təşkilat Komitəsinin üzvü professor Sədullah Gültən çıxış ediblər.

Üç panel ilə işini davam etdirən simpoziumun ikinci panelində ATMU-nun professoru Minəxanım Əsədova “Əhməd Yəsəvi türbəsinin dünya şöhrəti və turizm potensialı” mövzusunda çıxış edib.

Türkdilli dövlətlərdə mənəvi birliyi möhkəmlətmək məqsədi ilə keçirilən konfransın əsas ideyası böyük türk sufi alimi Xoca Əhməd Yəsəvinin mənəvi və mədəni irsinin Türk dünyasında rolu və əhəmiyyətini elmi aspektdən araşdırmaq, bu irsin müasir dövrdəki təsirlərini işıqlandırmaq və ortaq mədəni yaddaşı möhkəmləndirmək olub.

Konfrans çərçivəsində ali təhsil müəssisələrinin nümayəndələri arasında elm və təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. İştirakçılar Xoca Əhməd Yəsəvinin Türk dünyasında mənəvi və mədəni rolu haqqında çıxış ediblər.

Qeyd edək ki, tədbir zamanı Əhməd Yəsəvinin tarixi şəxsiyyəti, mənəvi irsi, yəsəvilik düşüncəsinin Osmanlı və Azərbaycan ərazilərində yayılması, müqəddəs məkanların sosial funksiyaları, Yəsəvi türbəsinin turizm potensialı və digər aktual mövzular geniş şəkildə müzakirə olunub.

Seçilən
0
49
unikal.az

10Mənbələr