Diaqnoz Tibb Mərkəzinin baş həkimin müalicə işləri üzrə müavini, terapevt-hepatoloq Tofiq Əkbərov 22-25 may 2025-ci il tarixlərində XVll Beynəlxalq Viral Hepatit Konqresində iştirak edib.
"Unikal" xəbər verir ki, Hepatitlə Savaşım Dərnəyinin (VHSD) təşkilatçılığı ilə baş tutan konqresdə hepatitlərin müalicəsinin müasir aspektləri müzakirə olunub, hepatologiya sahəsində dünyada olan yeniliklərdən danışılıb.
İki ildən bir təşkil edilən konqres Türkiyə Cümhuriyyətinin Muğla şəhərində yerləşən Hilton Dalaman Sarıgerme Resort Hotelində baş tutmuşdur. Dünyanın hər yerindən hepatit sahəsində ixtisaslaşmış alimləri, tədqiqatçıları və klinisistləri bir araya gətirən konqresdə ən aktual elmi və klinik inkişaflar müzakirə edilib, epidemiologiyadan tutmuş hepatitin molekulyar virusologiyasına, kliniki idarəetmədən müalicə protokollarına qədər geniş mövzuları əhatə edib.