AZ

Bakıda islamofobiya ilə bağlı beynəlxalq konfransın ikinci günü başlayıb

Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans mayın 27-də işini plenar və panel iclaslarla davam etdirir.

"Unikal" xəbər verir ki, yüzdən çox xarici qonağın iştirak etdiyi konfransın ikinci günündə “Avropa antimüsəlman qanunvericiliyinin institutlaşması: Radikallaşma fonunda yayılan islamofobik ritorika”, “Dəyişən dünyada İslam mədəni irsinin qorunması”, “Gənclərin inklüzivliyə doğru çağırışı: Qərəzə və yanılmaya qarşı mübarizə”, “Eulemanın xüsusi fokus mövzusu: Avropada islamofobiya” mövzuları müzakirə ediləcək.

Qeyd edək ki, konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.

Seçilən
0
49
unikal.az

10Mənbələr