Bu il mayın 1-nə olan göstəriciyə görə, Azərbaycanda banklar tərəfindən toplam 29 milyard 898,8 milyon manat kredit verilib.Metbuat.az xəbər verir ki, Mərkəzi Bankdan verilən məlumata görə, vaxtı keçmiş kreditlərin həcmi 502,6 milyon manat olub. Aprelin 1-nə bu rəqəm 481,6 milyon manat olub. Əlavə olaraq, cəmi kredit qoyuluşunun 1 milyard 258,1 milyon manatı dövlət sektorunun payına düşüb ki, bu da portfelin 4,3 faizi deməkdir. Qeyri-dövlət sektoruna ayrılan kreditlər 28 milyard 138,1 milyon manat həcmində olub.Beləliklə, portfelin 95,7 faizi qeyri-dövlət sektoruna yönəldilib. O cümlədən, ev təsərrüfatlarına qoyulmuş kreditlərin həcmi isə 17 milyard 587,9 milyon manat olub.