AZ

Azərbaycan Mərkəzi Bankının aktivləri 36,5 milyard manatı ötüb

2025-ci ilin əvvəlinə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36,520 milyard manat təşkil edib.

Finss.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın illik maliyyə hesabatında məlumat verilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,727 milyard manat və ya 5% çoxdur. 2024-cü ilin əvvəlində bu rəqəm 34,793 milyard manat idi.

Mərkəzi Bankın aktivlərinin strukturuna nəzər yetirdikdə, pul vəsaitləri və onların ekvivalentləri 8,589 milyard manat, Beynəlxalq Valyuta Fondu ilə hesablaşmalar 1,129 milyard manat, törəmə maliyyə alətləri 6,6 milyon manat, borc qiymətli kağızlar isə 25,824 milyard manat təşkil edib.

Banklara verilmiş kreditlərin həcmi 13,8 milyon manat, bank olmayan kredit təşkilatlarına (BOKT) verilən kreditlər 648 min manat, Əmanətlərin Sığortalanması Fonduna verilən kreditlər isə 164 milyon manat olub.

Hesabatda, həmçinin torpaq, tikili və avadanlıqların dəyəri 538 milyon manat, qeyri-maddi aktivlər 39 milyon manat, investisiya mülkiyyəti 38 milyon manat, sair maliyyə aktivləri 47 milyon manat və digər aktivlər 131 milyon manat kimi göstərilib.

Fuad Mədətov
Finss.az

Seçilən
0
9
fins.az

10Mənbələr