AZ

Problemli kreditlərlə bağlı VACİB XƏBƏR

Bu il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 481,6 milyon manat təşkil edib.

KONKRET.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, martın 1-i ilə müqayisədə 0,3 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 7,2 %, son 1 ildə isə 2,3 % artıb.

Martın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,6 % təşkil edib. Bu nisbət fevralın sonuna da 1,6 %, dekabrın sonuna 1,5 %, ötən il martın sonuna isə 1,9 % olub.

Aprelin 1-nə bankların kredit portfeli 26 milyard 276,3 milyon manat təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 15,7 % böyüyüb.

Seçilən
0
9
konkret.az

10Mənbələr