AZ

İŞİD-in Dəməşq əməliyyatında bir çox terrorçu saxlanılıb

BAKI, TurkicWorld

Dəməşqdə İŞİD-ə qarşı əməliyyat zamanı bir çox terrorçu saxlanılıb.

TurkicWorld xəbər verir ki, Suriya Daxili İşlər Nazirliyi Dəməşqin Qərbi Quta bölgəsində İŞİD terror təşkilatının hüceyrə strukturlarına qarşı genişmiqyaslı əməliyyat keçirildiyini açıqlayıb.

Əl-Kisva, Deyr Həbiyə, Əl-Mukayliba və Zəkiyə qəsəbələrini əhatə edən əməliyyat nəticəsində çoxlu sayda təşkilat üzvü saxlanılıb.

Qeyd edək ki, əməliyyat zamanı təhlükəsizlik qüvvələri İŞİD-ə məxsus istilik axtaran raketlər, müxtəlif növ silahlar, partlayıcı qurğular və partlamağa hazır kamikadze jiletləri ələ keçirildiyini bildirib.

Seçilən
0
50
turkic.world

10Mənbələr