AZ

Türkiyənin 47 əyalətində İŞİD-ə qarşı əməliyyat keçirilib, 298 nəfər saxlanılıb

Türkiyənin 47 əyalətində keçirilən anti-terror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 298 nəfər saxlanılıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

Məlumata görə, Aksaray, Amasya, Ankara, Adana, Adıyaman, Antalya, Artvin, Burdur, Bursa, Eskişehir, Hatay, Iğdır, İstanbul, İzmir, Kahramanmaraş, Kırıkkale, Kırşehir, Kilis, Mersin, Muğla, Sakarya, Şanlıurfa, Tekirdağ, Van, Yalova və Zonquldakda keçirilən əməliyyatlarda İŞİD terror qruplaşmasını maliyyə vəsaiti ilə təmin edən, həmçinin təşkilatın təbliğatını apardığı müəyyən olunan 139 şübhəli şəxs saxlanılıb.

Əməliyyatlar nəticəsində ibir neçə odlu silah, qruplaşmaya aid çox sayda sənəd və rəqəmsal material ələ keçirilib.

Bildirilib ki, əməliyyat əyalət prokurorluqları, Jandarm Baş Komandanlığının Terrorla Mübarizə Departamentinin koordinasiyası və əyalət jandarm komandanlıqları tərəfindən keçirilib.

Seçilən
0
50
report.az

10Mənbələr