AZ

Türkiyədə xüsusi əməliyyat -300-ə qədər İŞİD şübhəlisi həbs edildi


Türkiyə xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının fəaliyyətində iştirakda şübhəli bilinən şəxsləri saxlayıb. Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib. "Təhlükəsizlik idarəsi və jandarma bölmələrinin 47 əyalətdə iki həftə ərzində həyata keçirdiyi əməliyyatlar nəticəsində İŞİD üzvü olmaqda şübhəli bilinən 298 nəfər saxlanılıb", - nazir X-də yazıb.

Əməliyyatlar Adana, Ankara, Antalya, İzmir, Mersin, İstanbul və digər şəhərlərdə aparılıb. Saxlanılanlar İŞİD-in fəaliyyətində iştirakda və terror qruplaşmasını maliyyələşdirməkdə şübhəli bilinirlər.

Mətləb Salahov

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr