AZ

Azər Salahlı 200-ə çatdı

“Neftçi”nin futbolçusu, sol cinah müdafiəçisi olan Azər Salahlı Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

Arena.az xəbər verir ki, onun yubileyi Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 36-cı turuna təsadüf edib.

31 yaşlı müdafiəçi “Sabah”la səfər görüşünə (0:1) start heyətində çıxıb. Azər 200 matçda 9 qola imza atıb.

2013/2014-ci illər mövsümündə “İnter”in (indiki “Şamaxı”) futbolçusu kimi Premyer Liqada debüt edən Salahlı 4 klubun formasını geyinib. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

Qeyd edək ki, Azər Salahlı ölkə çempionatları tarixində 200 və ya daha çox matçda iştirak edən 155-ci futbolçudur.

Seçilən
0
14
arena.az

10Mənbələr