AZ

Azər Salahlının yubiley oyunu

“Neftçi”nin futbolçusu Azər Salahlı ölkə çempionatlarında 200-cü oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, onun yubileyi Misli premyer-liqasının 36-cı turuna təsadüf edib.

31 yaşlı müdafiəçi “Sabah”la səfər görüşünə (0:1) start heyətində çıxıb. Azər 200 matçda 9 qola imza atıb.

2013/14 mövsümündə “İnter”in (indiki “Şamaxı”) futbolçusu kimi premyer-liqada debüt edən Salahlı 4 klubun formasını geyinib. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

Qeyd edək ki, Azər ölkə çempionatları tarixində 200 və ya daha çox matçda iştirak edən 155-ci futbolçudu.

Seçilən
0
14
football-plus.az

10Mənbələr