Misli Premyer Liqasının XXXVI turunda "Sabah"a qarşı oyun “Neftçi”nin futbolçusu Azər Salahlı üçün Azərbaycan çempionatlarında 200-cü oyun olub. 

Offsideplus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi 200 matçda 9 qola imza atıb.

2013/14 mövsümündə “İnter”in (indiki “Şamaxı”) futbolçusu kimi Premyer Liqada debüt edən Salahlı 4 klubun formasını geyinib. O, “Neftçi”də 77 (3 qol), “Şamaxı”da 62 (4 qol), “Sumqayıt”da 55 (2 qol), “Qarabağ”da 6 oyun keçirib.

Qeyd edək ki, Azər ölkə çempionatları tarixində 200 və ya daha çox matçda iştirak edən 155-ci futbolçudur.