ABŞ prezidenti Donald Trampın Avropadan idxal olunan mallara 50% rüsum tətbiq edəcəyi ilə hədələməsi qızılın qiymətini artırıb.
ONN medianxəbər verir ki, qızılın qiyməti sürətlə yüksəlib.
Türkiyədə dollar ucuzlaşır, qeyri-müəyyənlik pik həddədir. Qızılın unsiyası bu gün 3358 dollardan başladığı halda, qram qızıl 4203 lirədən satılır.
Trump, "Apple"-ın istehsalını ABŞ-a köçürməsə, 25% vergi tutulacağını açıqlayıb. Bu bəyanat ABŞ və Aİ arasında ticarət danışıqlarının çıxılmaz vəziyyətə düşdüyünü göstərdiyi üçün bazarlara təzyiq göstərib.
Qızıl həftəlik 3%-ə yaxın artımla bir ay ərzində ən güclü "performansını" nümayiş etdirməyə hazırlaşır. Artım təkcə ticarət gərginliyi ilə deyil, həm də ABŞ-ın fiskal görünüşü ilə bağlı narahatlıqlardan qaynaqlanır.
Trampın vergi planlarının yaxın 10 il ərzində ABŞ büdcə kəsirini 3 trilyon dollar artıracağı gözlənilir. Bu, istiqrazların güclü alışına və faiz dərəcələrinin aşağı düşməsinə səbəb olub.
Trampın açıqlamalarından sonra Türkiyədə dollar indeksi 0,50%-dən çox azalaraq 99,13-ə düşüb. Avropa səhmləri və ABŞ fyuçersləri də kəskin itkilərə məruz qalıb.
İsrailin İrana qarşı əməliyyata mümkün hazırlıqları kimi geosiyasi risklər də investorların qızıla üz tutmasına səbəb olub. Analitiklər qeyd edirlər ki, bu mühitdə gümüş və platin kimi digər qiymətli metallara da tələbat arta bilər