AZ

Bir paylaşımla dünyanı qarışdırdı: dollar ucuzlaşıb, qızıl isə...

ABŞ prezidenti Donald Trampın Avropadan idxal olunan mallara 50% rüsum tətbiq edəcəyi ilə hədələməsi qızılın qiymətini artırıb.

Publika.az xəbər verir ki, qızılın qiyməti sürətlə yüksəlib.

Türkiyədə dollar ucuzlaşır, qeyri-müəyyənlik pik həddədir. Qızılın unsiyası bu gün 3358 dollardan başladığı halda, qram qızıl 4203 lirədən satılır.

Trump, "Apple"-ın istehsalını ABŞ-a köçürməsə, 25% vergi tutulacağını açıqlayıb. Bu bəyanat ABŞ və Aİ arasında ticarət danışıqlarının çıxılmaz vəziyyətə düşdüyünü göstərdiyi üçün bazarlara təzyiq göstərib.

Qızıl həftəlik 3%-ə yaxın artımla bir ay ərzində ən güclü "performansını" nümayiş etdirməyə hazırlaşır. Artım təkcə ticarət gərginliyi ilə deyil, həm də ABŞ-ın fiskal görünüşü ilə bağlı narahatlıqlardan qaynaqlanır.

Trampın vergi planlarının yaxın 10 il ərzində ABŞ büdcə kəsirini 3 trilyon dollar artıracağı gözlənilir. Bu, istiqrazların güclü alışına və faiz dərəcələrinin aşağı düşməsinə səbəb olub.

Seçilən
0
1
publika.az

10Mənbələr