ABŞ Prezidenti Donald Trampın Avropa İttifaqının (Aİ) mallarına yeni idxal rüsumları barədə açıqlamasından sonra qlobal bazarlarda artan qeyri-müəyyənlik fonunda qızılın qiyməti cümə günü axşam saatlarında bahalaşıb.
“Azreform.info ” xəbər verir ki, bunu ticarət sövdələşmələrindən görmək olar.
Nyu Yorkun “Comex” birjasında qızılın iyun fyuçerslərinin qiyməti öncəki günün bağlanış qiyməti ilə müqayisədə 65,86 ABŞ dolları və ya 2 % artaraq 1 troy unsiyası üçün 3 360,86 ABŞ dolları olub.
Gümüşün iyul fyuçersləri isə 0,78 % bahalaşaraq 1 unsiya üçün 33,478 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, bu gün Tramp sosial mediada iyunun 1-dən etibarən Aİ mallarına 50 % həcmində rüsumlar tətbiq etməyi tövsiyə etdiyini açıqlayıb.