ABŞ Daxili Təhlükəsizlik (DHS) katibi Kristi Noem Harvardın beynəlxalq tələbələri qəbul etmək hüququnu itirəcəyini və hazırda universitetdə təhsil alan bütün beynəlxalq tələbələrin başqa universitetlərə köçürülməli olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, Noem qərarın dərhal qüvvəyə mindiyini bildirib:
"Mən sizə xəbər vermək üçün yazıram ki, dərhal qüvvəyə minir, Harvard Universitetinin Bakalavr və Mübadilə Ziyarətçi Proqramı üçün akkreditasiyası ləğv edilib".
Bəyanatda digər məsələlərlə yanaşı qeyd edilir ki, Harvard rəhbərliyi Amerika əleyhdarı, terrorizm tərəfdarı olan təşviqatçılara bir çox yəhudi tələbələr də daxil olmaqla, ayrı-ayrı şəxsləri təqib etməyə və onlara fiziki hücum etməyə icazə verməklə kampusda təhlükəli mühit yaradıb.