AZ

Finlandiya sərhədini möhkəmləndirir: Rusiya ilə hasar tikilir

Finlandiya Rusiya ilə sərhəddə ilk 35 kilometr hasar çəkib.

Busaat.az xəbər verir ki, Finlandiya rəsmilərinin sözlərinə görə, hasarlar Aİ həmkarlala əldə edilən təcrübə əsasında tikilib. Bildirilib ki, hasarın torları bir qədər möhkəm olacaq, onu zədələmək və dırmaşmaq daha çətin olacaq. Bundan əlavə, hasarlara süni intellektlə təchiz edilmiş kameralar quraşdırmağı planlaşdırırlar.

Keçən ilin sentyabrında Finlandiya Sərhəd Mühafizəsi bəyan etmişdi ki, Rusiya Federasiyası ilə sərhəddə tikilən hasarın hündürlüyü 3,5 metr olacaq ki, bu da əvvəlcə planlaşdırılan hündürlükdən yarım metr yüksəkdir. Nuijamaa-Vaynikkala hissəsində hasarların çəkilməsi barədə məlumatlar da var.

Seçilən
0
1
busaat.az

10Mənbələr