AZ

Finlandiya Rusiya ilə sərhəddə ilk 35 km hasar çəkib

Finlandiya Rusiya ilə sərhəddə ilk 35 kilometr hasar çəkib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti sərhədçilərə istinadən məlumat yayıb.

“Hasarlar Aİ həmkarlarımızla əldə etdiyimiz təcrübə əsasında tikilib”, – sərhədçilərdən biri bildirib.

Keçən ilin sentyabrında Finlandiya Sərhəd Mühafizəsi bəyan etmişdi ki, Rusiya Federasiyası ilə sərhəddə tikilən hasarın hündürlüyü 3,5 metr olacaq ki, bu da əvvəlcə planlaşdırılan hündürlükdən yarım metr yüksəkdir. Nuijamaa-Vaynikkala hissəsində hasarların çəkilməsi barədə məlumatlar var.

Seçilən
0
1
nocomment.az

10Mənbələr